Praqada tələbələr üçün təcrübələr: suallara cavab
Çexiyada Praktika
Çexiyanın ən yaxşı otellərində təcrübə keç, turizm işini öyrən və Praqada mədəni proqramdan zövq al.
Proqramda iştirak etmək üçün hansı səviyyədə ingilis dili bilmək lazımdır?
Proqramda iştirak üçün ingilis dili səviyyəsi arzuolunandır ki, Intermediate-dən aşağı olmasın.
Proqramı necə ödəmək olar?
Müqavilə imzalandıqdan sonra 7 təqvim günü ərzində IEC-yə 550 avro məbləğində giriş haqqı ödənilir. Proqram dəyərinin ikinci hissəsi sponsor iştirakçını proqrama qəbul etdikdən sonra 14 təqvim günü ərzində ödənilir.
Proqramda iştirak müddətləri nələrdir?
Proqramda iştirakın minimum müddəti — 2 həftədir. Maksimum müddət isə 1 aya qədərdir.
Proqram hansı tarixlərdə keçirilir?
2 həftəlik proqram çərçivəsində – 1 iyuldan 15 iyula, 15 iyuldan 30 iyula, 1 avqustdan 15 avqusta, 15 avqustdan 30 avqusta.
3 həftəlik proqram çərçivəsində – 1 iyuldan 21 iyula, 9 iyuldan 30 iyula, 1 avqustdan 21 avqusta, 9 avqustdan 30 avqusta.
1 aylıq proqram – 1 iyuldan 30 iyula, 1 avqustdan 30 avqusta.
Proqram üzrə tədris kursuna nələr daxildir?
Təhsil proqramı çərçivəsində sizə “Turizm biznesinin əsasları. Turizm menecmenti” mövzusunda mühazirələr dinləmək və Çexiyanın ən yaxşı otellərində təcrübə keçmək imkanı veriləcək (3, 4, 5 ulduz). Bütün tədris ingilis dilində yerli dil müəllimi ilə aparılır.
Proqram zamanı harada yaşayacağam?
Proqram sponsoru Praqada Avropa standartlarına uyğun özəl yaşayış yerlərində qalmağı təklif edir. Otaqda 2 nəfər qalır.
Praqaya nə vaxt uçmaq olar?
Bilet alışı yalnız viza alındıqdan sonra və proqramın sponsoru ilə əvvəlcədən bilet tarixini razılaşdırdıqdan sonra mümkündür.